Azərbaycan Televiziyası daha bir yeni layihə ilə tamaşaçıların qarşısına çıxdı. Hərbi vərənpərvərlik mövzusuna həsr olunmuş veriliş “Könüllü döyüşçü” adlanır.
İlk buraxılışı bu gün efirə gedən "Könüllü döyüşçü"də elə könüllülər iştirak edib. Vasif Acalov və Reyhan Osmanovanın aparıcılığı ilə efirə gedən verilişin ilk buraxılışında "ASAN könüllü"lər “Formula -1 könüllüləri”nə qarşı döyüşüblər.
Verilişin tam versiyasını "YouTube" kanalımızdan izləyə bilərsiniz.