TANAP boru kəməri layihəsi daha bir mükafata layiq görülüb.
“The International CSR Excellence Awards” TANAP-ı sosial və ətraf mühit üzrə investisiya proqramlarına görə “Davamlılıq” kateqoriyasında mükafatlandırıb. Həmçinin TANAP bu mükafatla noyabrın 25-də Londonda keçiriləcək Korporativ Sosial Məsuliyyət üzrə Dünya Liderləri tədbirində “dünya lideri” kimi iştiraka dəvət olunub.
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.
Türkiyə bu vaxtadək TANAP-la 2 milyard kubmetrədək Azərbaycan təbii qazı alıb. Bu ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq.
Aztv.az