İrsi və qan xəstəliyi, xüsusən də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başladılmış qanvermə aksiyasına Milli Məclis də qoşulub.

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova başda olmaqla  deputatlar və Aparatın əməkdaşları, İşlər idarəsinin işçiləri parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək növbə ilə qan veriblər. Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Aksiyada iştirak edən KİV nümayəndələri də prosesi işıqlandırmaqla yanaşı Milli Məclisin Sədri Sahibə Qafarovanın çağırışına qoşularaq parlament işçiləri ilə birgə qan veriblər.