“Mən Xocalı faciəsini araşdırmışam. Çox dəhşətli soyqırımıdır. Bu, 20-ci əsrdə baş vermiş digər oxşar qanlı faciələrdən heç nə ilə fərqlənmir”.

Bu sözləri AzTV-nin “Hədəf” verilişinə açıqlamasında “Euroasiaticanews” portalının rəhbəri, azərbaycanlıların soyqırımı – Xocalı faciəsi ilə bağlı dəfələrlə yazılarla çıxış etmiş italiyalı tədqiqatçı-jurnalist Karlo Marino deyib.

Jurnalist Xocalı faciəsini Holokostla və İtaliyada 6-15 min arası italiyalının qətlə yetirildiyi hadisə ilə müqayisə edib.

Daha sonra əlavə edib ki, Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmədə cavab verməli, layiqli cəzalarını almalıdırlar.