Baş Dövlət Yol polisi idarəsindən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə aprelin 1-dən bu günədək avtomobil yollarında xüsusi karantin rejimini 43 min 177 hərəkət iştirakçısı pozub.