Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhərdən çıxış istiqamətinə doğru avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva prospekti – Cavadxan küçəsi – “3-cü mikrorayon dairəsi” və ya Tbilisi prospekti – Əbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – “3-cü mikrorayon dairəsi” istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərlər.

Mayın 2-3-də isə Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq. Sürücülər alternativ yollardan istifadə edə bilərlər.