Nikah və doğumun qeydiyyatı ilə bağlı vətəndaşlara güzəşt ediləcək.
Ədliyyə Nazirliyinin məlumatında bildirilir ki, nikahının qeydə alınması ilə bağlı təyin olunan vaxt karantin dövrünə təsadüf edən vətəndaşların nikahlarının qeydiyyatı zamanı müvafiq köməklik göstəriləcək. Doğumun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericilikdə 1 aylıq müddət müəyyənləşib. 1 ay keçdikdən sonra üzrlü səbəb olmadan qeydiyyat üçün müraciət edilərsə, bu zaman İnzibati Xətalar Məcəlləsinə görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Onlar ya xəbərdarlıq, ya da 10 manat məbləğində cərimələnirlər. Vətəndaş bir ay müddətinə müraciət etmədikdə o zaman uşağın doğumu ilə bağlı sağlamlıq arayışı təqdim olunmalıdır. Xüsusi karantin rejimi dövründə həmin sağlamlıq arayışlarının da tələb olunmasında vətəndaşlara köməklik göstəriləcək.