Koronavirus pandemiyasının dünya iqtisadiyyatında yaratdığı güclü dalğalanmalar, ən müxtəlif ölkələri çox ciddi sosial-iqtisadi sınaq qarşısında qoydu.
Ağır maliyyə böhranı keçirən və iqtisadi cəhətdən asılı olan dövlətlər bu dönəmdə daha acınacaqlı duruma düşdülər. İşğalçı Ermənistanın timsalında, iqtisadi fəlakət səviyyəsində yaşanan kataklizmlər daha aydın görünür. Son iki ildə kriminal idarəetmə forması quran Nikol Paşinyanın pandemiya dövründən çıxmaq üçün konkret "yol xəritəsi"nin olmaması, erməni xalqını aclıq və səfalətə məhkum edib. Bu gün Ermənistanda üzə çıxan daha bir problem isə güc strukturlarında formalaşan kriminal dəstələr arasındakı qarşıdurmadan ibarətdir.
Ermənistandakı ağır vəziyyət Azərbaycan Televiziyasının (AzTV) “Həftə” Analitik İnformasiya Proqramında geniş şərh edilib.