Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar cərimə olunanların sayını açıqlayıb.

İdarədən verilən məlumata görə, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 min 477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.