Ali təhsil müəssisələrinə qəbul imtahanları bir dəfə - 20 iyul tarixindən sonra keçiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında olacaq.

M.Abbaszadə abituriyentlərin ali təhsil müəssisələrinə sənəd qəbulunun 12 may-5 iyun tarixlərində, onlayn formada aparılacağını açıqlayıb.