Mayın 16-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda 28 May - Respublika Günü münasibətilə Bülbülcan adına Şuşa şəhər Ümumtəhsil Musiqi Məktəbi şagirdlərinin 2018-2019-cu tədris ilinin yekun konserti olacaq.

Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Qeyd edək ki, Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi 1990-cı il avqust ayında Azərbaycanın Şuşa şəhərində yaradılıb. 1992-ci ildən Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məktəb Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin binasında fəaliyyətini davam etdirir.