Qeyri-leqal yollarla İraq və Suriyaya gedərək oradakı silahlı qruplaşmalara qoşulan Azərbaycan vətəndaşları barədə çox danışılıb. Radikal dini cərəyanların təsiri altına düşən bu şəxslərin qatıldıqları silahlı birləşmələr zərərsizləşdirildikdən sonra onların özləri ilə apardıqları ailə üzvləri, o cümlədən azyaşlı uşaqlar İraq və Suriyanın həbsxanalarına salındı. Azərbaycan dövləti İraq və Suriya həbsxanalarında qalan bu vətəndaşların ölkəyə gətirilməsi istiqamətində iş aparır. 2018-2020-ci ilərdə İraqdan Azərbaycana ümumilikdə 247 uşaq repatriasiya edilib. Bu proses hazırda da davam etdirilir.
AzTV-nin əməkdaşı Ayşəm Rüstəmova mövzu ilə bağlı araşdırma aparıb. Həmin reportajı təqdim edirik.