Azərbaycanda 65 yaşdan yuxarı vətəndaşlara karantinlə bağlı qadağa yumşaldıla bilər.
Bu haqda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. R.Bayramlı qeyd edib ki, yaxın günlərdə 65 yaşdan yuxarı vətəndaşlarla bağlı karantin rejiminin yumşaldılması qərarının verilməsi mümkündür: “Bu məsələ gündəmimizdədir. Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Karantinlə bağlı qərarı Operativ Qərargah verir. Yəqin ki, yaxın günlərdə Operativ Qərargah qərar verəcək”.