Səhər saatlarında Bakı metropolitenində yaranan nasazlıq aradan qaldırılıb. Metropolitendən verilən məlumata görə, nasazlığa səbəb xətti tərk edən sonuncu təsərrüfat qatarındakı texniki nasazlıq səbəb olub.

“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzTV-yə açıqlamasında deyib ki, texniki nasazlıq aradan qaldırıldıqdan sonra metropolitenin təlimat tələblərinə uyğun olaraq xətlər bir daha yoxlanılır: “Yalnız bundan sonra elektrik qatarları xəttə buraxılır. Bu səbəbdən metro stansiyaları sərnişinlərin girişi üçün saat 8:00-da açılıb”.