Azərbaycan xüsusi çarter reysi ilə xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyəsini davam etdirir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirlər çərçivəsində bu gün Kiyevdən 198 vətəndaşımızın təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bundan başqa, Rusiyadan quru sərhəddən 540-dan çox şəxs ölkəyə gətirilib. 18-31 may tarixlərində MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən dövlətlərdən Azərbaycana çarter reysi həyata keçiriləcək. Xaricdə olan azərbaycanlılar sözügedən reyslərlə ölkəyə gətiriləcək.
Qeyd edək ki, xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə həyata keçirilir. İndiyədək 20 minə yaxın vətəndaşımız ölkəyə qaytarılıb.