Sabah səhər saatlarından etibarən Bakının mərkəzindəki və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yolda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixdə küçəyə çıxmamaq xahiş olunur.