Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, qərar 18 may 2020-ci il saat 00:00-dan etibarən qüvvəyə minəcək.