Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət bərpa olunur.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qərarda bildirilir ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Qərar 18 may 2020-ci il saat 00:00-dan etibarən qüvvəyə minəcək.