Mayın 18-də Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər vəfat edib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib.

Y.Qarayeva bildirib ki, ümumi yoluxmaların sayı 3387-yə çatıb, sağalanların sayı 2055, müalicəsi davam edən xəstələrin sayı 1333 nəfərdir.

İndiyədək yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 235 910 test aparılıb.

Onun sözlərinə görə, qadağalar götürülən kimi yoluxmaların sayı artıb.