Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi saniyədə 15-20, arabir 23-25 metrədək güclənəcək. Bu gün yarımadanın bəzi yerlərində küləyin sürəti saniyədə 28-33 metrə çatacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 30 və 31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi saniyədə 15-20, arabir 23-25, ayrı-ayrı yerlərdə isə 28-33 metrədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.