Dənizkənarı bulvar ərazisində abadlıq, yenidənqurma işləri həyata keçirilir.
Belə ki, park ərazisindəki kafe və restoranlar yenidən təmir olunur. Bir qismi isə istifadəyə yararsız olduğundan sökülür, yerində abadlıq işləri aparılır.
Dənizkənarı Milli park ərazisindən həmçinin, istismar müddəti bitən attraksionlar da çıxarılıb. Onların yeri təmizlənib, əraziyə daşlar düzülüb.
Park ərazisində yaşıllıq örtüyünə də qulluq edilir. Vaxtilə dibləri daşlarla örtülən ağacların dibi təmizlənərək yumşaldılır.
Hələlik abadlıq işləri köhnə bulvar adlanan ərazidə aparılır. Dənizkənarı Milli Parkın digər hissələrində də analoji yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Nuray Mustafa