İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna tətbiq olunacaq.

Məlumatda bildirilir ki, sözügedən məhdudiyyət yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün tətbiq edilib.