Bu gün Azərbaycanda 352 nəfər koronavirusa yoluxub. Sağalan xəstələrin sayı 210 nəfər olub, 6 nəfər isə dünyasını dəyişib

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib

Onun sözlərinə görə, koronavirusdan gündəlik olaraq, ölüm hallarının artması tendensiyası müşahidə edilir: ”Göstəricilər epidemioloji vəziyyətin pisləşdiyini göstərir”.