Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabetə təbrik ünvanlayıb.

Məktubda deyilir:

“Ülyahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram”.