Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər. Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, iyulun 7-dən sonrakı tarixlər üçün Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır. Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, iyulun 7-dək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar iyunun 18-dən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.