Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdirləri Əkbər Əliyev və Ramazan Nəbiyev sərt karantin rejimi dövründə ictimai iaşə obyektlərində, ərzaq mağazlarındakı mövcud vəziyyət, insanların sosial məsafəyə riayət edib-etməməsindən danışıblar.

Sahibkarlıq subyektlərində aparılan monitorinqlərin nəticələri, yoxlama-nəzarət tədbirlərinin davam etdirilməsi, inzibati məsuliyyət və diğər məsələlər şərh olunub.Həmçinin, qida məhsullarının virusa yoluxma riskinin artmasında rolu, istehlakçıların davranışları, açıq və qablaşdırılmış məhsulların xəstəliyə şərait yaratması riski barədə danışılıb. Müsahiblər eyni zamanda karantin rejimi günlərində AQTA rəsmilərinin, eləcə də könüllülərin vətəndaşları maarifləndirmə istiqamətində gördükləri işlər, son bir ayda keçirilən 13 min reyd və digər məsələlər barədə ətraflı məlumat veriblər.