“Eurasiaticanews”un direktoru Karlo Marino AzTV-nin  “Hədəf” verilişində çıxış edib

Azərbaycan 2019-cu ildə növbəti 3 il üçün (2020-2022-ci illər) Qoşulmama Hərəkatının sədrliyini qəbul edib. Bu Təşkilat/Hərəkat 1955-ci ildə Bandunq konfransında qəbul olunan prinsiplər əsasında yaradılaraq, qarşısına ABŞ və SSRİ-nın iki blokuna daxil edilməyən ölkələrin tələblərini irəli sürmək məqsədini qoymuşdur. Hazırda Qoşulmama Hərəkatında 120 üzv-ölkə, 17 müşahidəçi-ölkə və 10 beynəlxalq təşkilat iştirak edir.

Son günlər Azərbaycan Prezident İlham Əliyevin simasında MNA kontekstində COVID19-a qarşı beynəlxalq əməkdaşlıq kampaniyasına başlamışdır ki, dövlət başçımız həmin təşkilata sədrliyi videokonfrans vasitəsilə kontakt qrupunun keçirdiyi zirvə toplantısında qəbul etmişdi.

Həmin aksiya eyni zamanda Azərbaycanın dünyada yüksək nüfuzunun, eləcə də ölkəmizin hökümətinə etibarın artmasının göstəricisidir.

"Demək olar ki, Bakı, Heydər Əliyev tərəfindən XX əsrin 90-cı illərinin əvvəllərində baş verən böhran şəraitinə cavab olaraq tətbiq etdiyi “balanslaşdırılmış xarici siyasət” doktrinasını təkmilləşdirir"-Deyə Karlo Marino bildirib.