Milli Məclisin deputatı, MM-in Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov “Hədəf” proqramının 30.06.2020-ci il tarixli günorta buraxılışının qonağı olublar.
Müsahiblər son günlər Azərbaycanda COVİD-19-a yoluxma dinamikasındakı artım tempinin səbəblərini təhlil ediblər. Bildirilib ki, yoluxma sayının bir neçə gün ərzində mütəmadi olaraq 500-dən yuxarı bir rəqəm ətrafında cərəyan etməsi vəziyyətin çox ciddi olmasının göstəricisidir. Bu, həm səhiyyə təşkilatlarınının, həkimlərin , həm də təcili tibbi yardım maşınlarının işində ciddi problemlər yaradır. Vətəndaşların pandemiyaya şübhə ilə yanaşması, müxtəlif sosial şəbəkələrdə zərərli fikirlər paylaşması, bəzi şəxslərin isə məsuliyyətsiz davranışları narahatlıq doğuran əsas məqamlar kimi qeyd olunub. Telefon bağlantısı ilə studiyadakı söhbətə qoşulan xalq artisti Fərhad Bədəlbəyli də qonaqların fikirləri ilə həmrəy olduğunu bildirib.O, bu vəziyyəti ölüm-dirim mübarizəsi adlandırıb və öz ailəsinin timsalında əhaliyə müraciət edərək onları diqqətli və məsuliyyətli olmağa səsləyib.