Türkiyədə təhsil alan 19 azərbaycanlı həkim ölkəmizə gətirilib. Onlar Azərbaycan Televiziyasına verdikləri müsahibədə deyiblər ki, belə çətin gündə Azərbaycan dövlətinə və xalqına dəstək olmağı özlərinə borc bilirlər.
Qardaş ölkədən gələn həkimlərimiz orada təhsil alıb, təcrübə keçiblər. Həmçinin, beynəlxalq tibbin yeniliklərini, imkanlarını bilirlər. Onlar 14 gün ev şəraitində izolyasiya olunduqdan sonra müvafiq xəstəxanalarda xidmət göstərəcəklər.
Vəfa Ağabalayeva