Koronavirus pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakıda növbəti dezinfeksiya aparılıb.
Səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və 2 min əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 7-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən dezinfeksiya işlərində iştirak ediblər. Mobil qruplar tərəfindən mövcud sanitar-gigiyena qaydalarına əməl olunması vəziyyətinin öyrənilməsi məqsədilə reydlər davam etdirilib, vətəndaşlarla maarifləndirmə işləri aparılıb.