“Ermənistan ağlını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.
Bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu işğalçı Ermənistanın sərhəddə son təxribatına münasibət bildirərkən deyib. Mövlud Çavuşoğlu müsahibəsində deyib ki, Ermənistan yeni döyüş meydanları yaratmaq istəyir: “Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç vaxt sülh yolu ilə həllə yanaşmayıb”.