Sabunçu rayonu Bakıxanov qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Elmin Məmmədova məxsus obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları müəyyənləşib. Elmin Məmmədov və müştərilər saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.