Pandemiya ilə əlaqədar sərhədlərin bağlanması və bu səbəbdən xaricdə müvəqqəti qalan vətəndaşlarımızın təxliyəsi davam edir.
Sabah Gürcüstandan daha 150 həmvətənimiz təxliyə ediləcək. Bu dəfə Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış icazəsi olan və ya Azərbaycan vətəndaşı ilə nikahda olan 119 Gürcüstan vətəndaşı da təxliyə olunacaq. Həmin şəxslər bu gün Tbilisidəki klinikalardan birində COVID-19 testindən keçirilirlər. Testlərin nəticəsi gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. Neqativ cavab alan şəxslər iyulun 29-da səfirliyimizin binasının qarşısından ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar.