Azərbaycanda COVID-19 infeksiyasına qarşı atılan preventiv addımlar, kütləvi tədbirlər, xüsusilə də dini mərasimlərin keçirilməsi qaydaları bu gün cəmiyyəti düşündürən ən mühüm mövzular sırasındadır.
Azərbaycan Televiziyasının avqustun 17-də efirə gedən “Hədəf” verilişində də məhz bu aktual məsələlərə toxunulub. Studiyanin qonaqları-Milli Məclisin deputatı Soltan Məmmədov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və TƏBİB-in departament rəhbəri Firəngiz Əliyeva vətəndaşları ən çox maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıblar. Video bağlantı vasitəsilə söhbətə qoşulan AzTV-nin Rusiya üzrə xüsusi müxbiri Zakir Musayev isə Rusiyada virusla mübarizə istiqamətində atılan ən son addımlar barədə məlumatları tamaşaçıların diqqətinə çatdırıb. AzTV-nin Orta Asiya üzrə xüsusi müxbiri Füzuli Məcidli də canlı bağlantıya qoşularaq Qazaxıstandan ölkəmizə göndərilən azərbaycanlılar və digər məsələlər barədə ətraflı məlumat verib.
Verilişi AzTV-nin rəsmi YouTube kanalından izləyə bilərsiniz.