Ölkə ərazisində avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 21-24° isti, Bakıda gecə 18-20°, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20°, gündüz 22-26° isti, dağlarda gecə 4-7°, gündüz 7-11° isti olacağı ehtimal edilir.