Avqustun 29-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixdə küçəyə çıxmamaq xahiş olunur.