Prezident İlham Əliyev Vahid Yusifoviç Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə V.Ələkbərov bu ordenlə təltif olunur.