Azərbaycanda ilk dəfə baş tutacaq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarında iştirak edəcək komandalar müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, həm kişi, həm də qadın 3x3 millilərimizin iştirakı ilə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda, İran kişi yığmaları və Çili, Latviya, Çin Taypeyi, Brazilya, Misir qadın seçmələri də əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Qarşılaşmalar 24-25 mayda Bakıda təşkil olunacaq.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq