Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi publik hüquqi şəxsə çevrilib. 

 

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, yeni publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və onun tabeliyindəki Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əsasında yaradılıb.

Dövlət başçısının digər fərmanı ilə yeni qurumun Nizamnaməsi təsdiqlənib.