1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edən zaman dinc sakinlər sağ qalmaq üçün şəhəri tərk etməli oldular. Qarlı, şaxtalı fevral gecəsində təqribən 2500 nəfər sakin Qarqar çayını keçib Ağdama doğru hərəkət etdi. Lakin onların bir qismi donaraq həyatını və ya sağlamlığını itirdi, bir qismi erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi, bir qismi isə girov götürülərək, işgəncələrə məruz qaldı.
Üstündən illər ötsə də, xocalılılar hələ də o dəhşətli hadisələri ürək ağrısı ilə xatırlayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər. Onlardan biri də faciənin canlı şahidi məşur fotodakı İlham Quliyevdir.
Daha ətraflı videodan izləyə bilərsiniz.
.jpg)