Heydər Əliyev Fondunun dəstəyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələcək müsabiqənin maydan etibarən tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

 

Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər. Onları milli musiqi alətlərindən ibarət instrumental ansambl müşayiət edəcək. IX "Muğam" Televiziya Müsabiqəsinin yarışmalarının Bakıda Beynəlxalq Muğam  Mərkəzində, həmçinin respublikanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur. Avqustun sonunda isə final konsertin keçirilməsi və qaliblərin mükafatlandırılması planlaşdırılır.

IX "Muğam” Televiziya Müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə!

Yaşı 8-dən 30-dək yeniyetmə və gənclər sənədlərini Abşeron, Xızı bölgələrindən  və Sumqayıt şəhərindən Abşeron – Xızı Regional Mədəniyyət İdarəsinə, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı bölgələrindən Dağlıq Şirvan Regional Mədəniyyət  İdarəsinə, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən bölgələrindən Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinə, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən bölgələrindən və Şəki şəhərindən Şəki – Zaqatala  Regional Mədəniyyət İdarəsinə, Daşkəsən, Goranboy, Samux, Göygöl bölgələrindən, Gəncə və Naftalan şəhərlərindən Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinə, Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz və Qazax bölgələrindən  Qazax - Tovuz Regional Mədəniyyət İdarəsinə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan bölgələrindən Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab bölgələrindən və Mingəçevir şəhərindən Mərkəzi Aran Regional Mədəniyyət  İdarəsinə, Biləsuvar, Hacıqabul, Salyan, Neftçala bölgələrindən və Şirvan şəhərindən  Şirvan – Salyan Regional Mədəniyyət  İdarəsinə, Beyləqan, İmişli, Saatlı və Sabirabad bölgələrindən və Mil – Muğan Regional Mədəniyyət  İdarəsinə, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı bölgələrindən Lənkəran - Astara Regional Mədəniyyət İdarəsinə, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər bölgələrindən və Xankəndi şəhərindən Qarabağ Regional Mədəniyyət İdarəsinə, Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar Naxçıvan MR Mədəniyyət  Nazirliyinə, 
Bakı şəhəri ərazisində yaşayanlar isə Azərbaycan Televiziyasına təqdim edə bilərlər.

Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər. Sənədlər təqdim edilərkən, əlaqə nömrəsinin yazılması mütləqdir. Sənədlər martın 1-dən aprelin 1-dək qəbul edilir. İştirakçıların nəzərinə çatdırırıq ki, yaşı 14-dən 17-yə qədər olan oğlanlar müsabiqəyə buraxılmırlar. Aprelin 1-dən 30-dək respublikanın bütün bölgələrindən müsabiqədə yarışmaq üçün sənəd təqdim edən iddiaçılardan 20 nəfər gənc və 10 nəfər yeniyetmə münsiflər heyəti tərəfindən seçiləcək.

QEYD: Müsabiqənin bütün platformalarda yayım hüququ "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə məxsusdur.