Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb.

 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.