Birinci mərhələ üzrə Ağdamın Sarıcalı kəndinə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.
Bu barədə rayona ezam olunan media nümayəndələrinə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.
Onun sözlərinə görə, artıq 203 fərdi ev inşa olunub:
"Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb".