Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib
Kateqoriya: RƏSMİ
Tarix: 04 Aprel 2025, 11:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.