UFC İDMAN TV ilə birlikdə “UFC FIGHT NIGHT” gecəsində Camal HILLin Xəlil Rauntri ilə döyüşünü təqdim etməkdən məmnunluğunu ifadə edir.
Bakı, Azərbaycan – Dünyanın ən böyük qarışıq döyüş növləri təşkilatı olan UFC, Azərbaycanın aparıcı idman kanalı İDMAN TV ilə əməkdaşlığa başlayaraq, “UFC FIGHT NIGHT: HILL Rauntriyə qarşı tədbirini canlı yayımlayacaq. Bu tarixi tədbir 21 iyun, şənbə günü Bakıda keçiriləcək və UFC-nin Azərbaycandakı ilk işi olacaq.
Əməkdaşlıq çərçivəsində İDMAN TV şənbə günü keçiriləcək tədbirin bütün əsas və ilkin döyüşlərini, eləcə də 20 iyun, cümə günü saat 18:00-da baş tutacaq rəsmi çəki mərasimini canlı yayımlayacaq. Bu, azarkeşlərə belə bir tarixi döyüş həftəsinin hər anını daha yaxından izləmək imkanı yaradacaq.
Bundan əlavə, İDMAN TV döyüşə hazırlıq proseslərini, eksklüziv müsahibələri və Bakının unikal mədəni mənzərəsini də nümayiş etdirəcək, burada həm idman, həm də region ələlxüsus qeyd olunacaq.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin tərkibində fəaliyyət göstərən İDMAN TV, ölkədə əsas canlı idman yayımlarının məkanı olaraq ən vacib beynəlxalq və yerli idman tədbirlərini tamaşaçılara təqdim edir.
UFC-nin məqsədi bu idman növünü həm yerli mədəniyyət, həm də qlobal dinamika prizmasından təqdim etməkdir. MMA-nın dünya səviyyəli ulduzlarını Azərbaycan tamaşaçılarına təqdim etməkdə yardım göstərən İdman TV-yə minnətdarlığımızı ifdə edirik.
Əsas döyüşdə keçmiş dünya çempionu Camal Hill , parlamaqda olan ulduz Xəlil Rountri ilə qarşılaşacaq. Həmin gecənin birgə əsas döyüşündə isə azarkeşlərin sevimlisi, azərbaycanlı döyüşçü Rafael Fiziev çilili Iqnacio Bahamondes ilə üz-üzə gələcək.
UFC Fight Night in Baku tədbiri 21 iyun, şənbə günü, saat 20:00-dan etibarən İDMAN TV-də canlı yayımlanacaq. Hər döyüşü, hər anı və arenadakı hər alqışı Bakı Kristal Zalından canlı izləmək üçün İDMAN TV-yə qoşulun!