"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.

 

Azərbaycan çempionu Macarıstanın "Ferensvaroş" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:45-də başlayacaq. Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edəcək.

Komandalar arasında avqustun 19-da Budapeştdə keçirilmiş ilk matçda "Qarabağ" qələbə qazanıb - 3:1. Cütün qalibi Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının Liqa mərhələsinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, "Qarabağ" 2017/2018-ci illər mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.