Kəlbəcər rayonu, Susuzluq kəndində mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun avqustun 29-da doğum günüdür.

1989-cu il tarixində Qubadlı rayonunun Dondarlı kəndində dünyaya gələn Sirac Abışov 4 iyun 2021-ci ildə xidməti vəzifəsini icra edərkən, Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. O, 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə çalışan Abışov Sirac Abış oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Siracın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, xatirələrini ehtiramla yad edirik!