Azərbaycanın Bəhreyndə səfirliyi açıldıqda diplomatik nümayəndəliklərin sayı 93-ə çatacaq.

 

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev komitənin bugünkü iclasında deyib.

O xatırladıb ki, bu ölkə ilə əlaqələr yüksək səviyyədədir və parlamentlər arasında da işçi qrupu fəaliyyət göstərir:

"Azərbaycanın xaricdəki nümayəndəliklərinin artırılması müsbət haldır".