"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nümayəndə heyəti “CNN Portugal” telekanalında olub.

 

Kanalın baş icraçı direktoru Jose Eduardo Moniz və QSC-nin sədri Rövşən Məmmədov qarşılıqlı əməkdaşlıq imkanları, televiziyanın strukturu, xəbərlərin təqdimat modeli və media texnologiyaları ilə bağlı geniş fikir mübadiləsi aparıb. Daha sonra AzTV heyəti kanalın studiyaları və texniki imkanları ilə tanış olub.