Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start veriləcək.

 

Yarışın ilk günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizə aparacaq.

Xalça üzərinə Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram), Sənan Süleymanov (77 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.